“Bakı Metropoliteni” QSC-də yanğın-taktiki təlim keçirilib - FOTO

“Bakı Metropoliteni” QSC-də yanğın-taktiki təlimi

© APA | “Bakı Metropoliteni” QSC-də yanğın-taktiki təlimi

# 30 iyun 2021 16:51 (UTC +04:00)

“Bakı Metropoliteni” QSC-nin "Elmlər Akademiyası" metro stansiyasında FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri Bakı Metropoliteni ilə razılaşdırılmış cədvəl əsasında yanğın-taktiki təlim keçirib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, "Elmlər Akademiyası" stansiyasının ikinci çıxışının maşın zalının maili enişində baş vermiş şərti yanğın hadisəsi və onun “söndürülməsi” yanğın-taktiki təlimin əsas mövzusu olub. Belə ki, şərti yanğın hadisəsi barədə səsucaldıcı vasitəsilə məlumat verilib və Metropoliten işçiləri tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsinə başlanılıb, hadisə barədə FHN-in “112” qaynar telefon xəttinə “məlumat verilib”. Daha sonra Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə baş vermiş ünvana gələrək “yanğını” qısa müddət ərzində “söndürüblər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR