Paytaxtın Nərimanov rayonunda yaşıllıqların məhv edilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən daxil olmuş material əsasında Rayon Prokurorluğunda araşdırma aparılıb. Nərimanov Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, araşdırmalarla Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 37 A ünvanda “Şirvanşahlar” MMC tərəfindən inşa edilən hündürmərtəbəli binanın tikilməsi məqsədilə həmin ərazidə ümumi dəyərləri 16 min manat olan 9 müxtəlif cinsli ağacların kəsildiyi və 3 iri gövdəli ağacın zədələnərək inkişafdan qaldığı müəyyən edilib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə tapşırılıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Bakıda bina tikintisi zamanı 16 min manatlıq ağacların kəsilməsinə görə tikinti şirkəti barəsində cinayət işi başlanıb
© APA | Baş Prokurorluq
04 oktyabr 2021 16:05 (UTC +04:00)
Hadisə
Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var
20:19
26 aprel 2024
Goranboyda minik avtomobilli aşıb, xəsarət alanlar var
19:00
26 aprel 2024
Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
18:55
26 aprel 2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
17:54
26 aprel 2024