Bakıda "BMW" "Range Rover"ə çırpılıb, sürücü hadisə yerindən yayınıb - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda "BMW" "Range Rover"ə çırpılıb, sürücü hadisə yerindən yayınıb - FOTO  - VİDEO  - YENİLƏNİB
# 03 iyul 2021 05:36 (UTC +04:00)

Mətnə video əlavə olunub

***

Saat 04:54

Bakının Nərimanov rayonunda avtomobil qəzası baş verib.

APA xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Yüksək sürətlə hərəkət etdiyi deyilən "BMW" markalı avtomobilin sürücüsü sükana nəzarəti itirib və nəqliyyat vasitəsi eyni istiqamətdə hərəkətdə olan "Range Rover" markalı avtomobilə çırpılıb. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.

Şahidlərin verdiyi məlumata görə, qəzadan dərhal sonra hadisəni törədən sürücü ərazidən uzaqlaşıb. Hadisə yerinə gələn yol polisi əməkdaşları yaranmış tıxacı aradan qaldırıblar. Hadisənin səbəbləri öyrənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR