Bakı kənar dairəvi yolunda yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə dairəvi yolun Yasamal rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.
"Opel" markalı avtomobil şosedən çıxaraq dərəyə aşıb. 1965-ci il təvəllüdlü Həşimov Elxan Bakir oğlu qəza nəticəsində ağır xəsarət alıb. O, koma vəziyyətində xəstəxanaya çatdırılıb.