Bakıda ev həyətdəki üç avtomobillə birlikdə yanıb - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda ev həyətdəki üç avtomobillə birlikdə yanıb - FOTO  - VİDEO  - YENİLƏNİB
# 29 oktyabr 2021 02:22 (UTC +04:00)

Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində Yəhya Hüseynov küçəsində yerləşən fərdi yaşayış evində baş verib.

Yanğına küçədəki elektrik xətlərinin birləşməsi səbəb olub. Naqillərin birləşməsi nəticəsində İslam Məmmədova məxsus fərdi yaşayış evi alovlanıb. Nəticədə ev və onun sahibinə məxsus həyətyanı sahədə “Nissan”, “Lexus” və “Mercedes” markalı avtomobillər yanaraq külə dönüb.

Hadisə yerinə Binəqədi və Nərimanov rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Alov digər fərdi yaşayın evinin həyətinə də keçib. Yanğınsöndürənlərin çevikliyi sahəsində yanğının miqyasının genişlənməsinin qarşısı alınıb. Hazırda soyutma işləri həyata keçirilir. Hadisə şahidlərinin verdiyi məlumata görə, küçədə olan elektrik naqillərinin üstü açıq olub.

***

01:26

Binəqədi rayonu, Biləcəri qəsəbəsində fərdi yaşayış evində baş verən yanğın söndürülüb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının qısa müddətdə müdaxiləsi nəticəsində yanğının qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

***

00:33

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

APA-nın FHN-in rəsmi saytına istinadla xəbərinə görə, məlumat qəbul ediləndən dərhal sonra nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR