Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində hər iki maşın deformasiyaya uğrayıb, iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.