Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO
# 05 sentyabr 2021 01:50 (UTC +04:00)

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

“VAZ 2106” markalı nəqliyyat vasitəsi yüksək sürətlə prospektdə hərəkətdə olarkən “Opel” markalı nəqliyyat vasitəsinə çırpılıb. “VAZ 2106” deformasiyaya uğrayıb, həmin avtomobilin sürücüsü isə xəsarət alıb. Prospektdə sıxlıq yaranıb. Əraziyə hüquq-mühafizə orqanı əməkdaşları cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR