Bakıda iki sərnişin avtobusu toqquşub, 7 nəfər xəsarət alıb

Bakıda iki sərnişin avtobusu toqquşub, 7 nəfər xəsarət alıb
# 24 iyun 2021 15:40 (UTC +04:00)

Bu gün saat 13:30 radələrində M.Useynov prospektində 5 və 125 nömrəli müntəzəm marşrut xətti üzrə iki sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, hadisə Agentlik tərəfindən dərhal nəzarətə götürülüb və hazırda müvafiq araşdırma aparılır. Hər iki marşrut xətti üzrə daşıyıcı şirkət “BakuBus” MMC-dən izahat tələb olunub.

Qəza nəticəsində ölüm halı qeydə alınmayıb.

Sərnişinlərdən 7 nəfər xəsarət alıb. Bildirilib ki, xəsarət alanlara ilkin tibbi yardım göstərilərək evə buraxılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR