Bakıda karantin qaydalarını pozan restoranın icarədarı cərimələnib

Bakıda karantin qaydalarını pozan restoranın icarədarı cərimələnib
# 16 iyun 2021 18:21 (UTC +04:00)

Paytaxtın Səbail rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən “Port Wine Grill ” restoranın icarədarı barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

APA-nın xəbərinə görə, bu barədə DİN-in mətbuat xidmətinin məlumatında bildirilir.

Səbail RPİ əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan restoranın icarədarına İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) 4000 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR