Bakıda kişi tanıdığı qız tərəfindən bıçaqlanıb

Bakıda kişi tanıdığı qız tərəfindən bıçaqlanıb
# 30 sentyabr 2021 02:23 (UTC +04:00)

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə “Kubinka” kimi tanınan ərazidə qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Mirzəliyev Mikayıl Firdovsi oğlu yaşadığı evdə tanıdığı qızla əlbəyaxa dava edib. Dava zamanı o, həmin qız tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR