Bakıda küçədə huşsuz vəziyyətdə qadın aşkar edilib

Bakıda küçədə huşsuz vəziyyətdə qadın aşkar edilib
# 02 sentyabr 2021 02:44 (UTC +04:00)

Sabunçu rayonunda qadın döyülərək ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Sabunçu bazarının yaxınlığında qeydə alınıb.

Belə ki,1983-cü il təvəllüdlü Fətullayeva Əminə Qarabala qızı döyülərək ağır xəsarət alıb. Yaralı ağır vəxiyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşları araşdırma aparıb.

Məlum olub ki, zərərçəkən iki baldızı tərəfindən döyülərək evdən çıxarılıb. O, ağır xəsarət aldığından huşunu itərərək yıxılıb. Yaralı küçədə aşkar edilib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR