Bakıda mənzildə kişi meyiti aşkar edilib

Bakıda mənzildə kişi meyiti aşkar edilib
# 19 may 2021 08:39 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakının Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən APA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb.

Mənzildə aşkarlanan 1940-cı il təvəllüdlü Həsənov Rafael Hüseynbala oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR