Bakıda motosiklet iki avtomobilə çırpılıb, xəsarət alan var - FOTO - VİDEO

Bakıda motosiklet iki avtomobilə çırpılıb, xəsarət alan var - FOTO  - VİDEO
# 04 noyabr 2021 23:31 (UTC +04:00)

Bakının Nəsimi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Füzuli küçəsində baş verib.

Belə ki, motosikleti idarə edən şəxs əvvəlcə dayanan “KİA” markalı nəqliyyat vasitəsinə, daha sonra “Skoda” markalı maşına çırpılıb.

Zərbənin gücündən motosiklet bir neçə metr aralı düşüb. Sürücüsü isə bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb.

Yaralı təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR