Bakıda piyada keçidindən keçməyən qadını avtomobil vurub

Bakıda piyada keçidindən keçməyən qadını avtomobil vurub
# 10 sentyabr 2021 01:22 (UTC +04:00)

Bakının Nizami rayonunda yol-nəqliyyatı hadisəsi zamanı orta yaşlı qadın sınıq xəsarətləri alıb.

APA xəbər verir ki, yol qəzası Qara Qarayev prospektində baş verib.

Metronun Neftçilər stansiyasınından çıxan 1980-ci il təvəllüdlü Ağayeva Aytən Arif qızı piyadalar üçün müəyyən edilməmiş hissədən keçərkən onu minik avtomobili vurub.

Yaralı xəstəxanaya çatdırılıb. Qəza zamanı A.Ağayevanın sağ ayaq sümüyü sınıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR