Bank Of Baku

Qəza törədib hadisə yerindən qaçan sürücü saxlanılıb

Qəza törədib hadisə yerindən qaçan sürücü saxlanılıb
# 11 dekabr 2021 13:08 (UTC +04:00)

Bakıda piyadanı vuraraq öldürüb hadisə yerində qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 10-da saat 3 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Rais Kəmaləddinov vurulub və o, hadisə yerində ölüb.

Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Toyota” markalı avtomobillə törədilməsi müəyyən edilmiş və həmin nəqliyyat vasitəsinin sürücüsü – Bakı şəhər sakini M. Quliyev saxlanılıb.

Sabunçu RPİ-də araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR