Bakıda qadın sürücülər qəza törədib, xəsarət alan var - FOTO - VİDEO

Bakıda qadın sürücülər qəza törədib, xəsarət alan var  - FOTO  - VİDEO
# 24 noyabr 2021 02:22 (UTC +04:00)

Bakının Nəsimi rayonunda yol nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, avtoqəza paytaxtın Hənifə Ələsgərov və Mirəli Qaşqay
küçələrinin kəsişməsində qeydə alınıb.

Yol ayrıcında “Nissan” markalı avtomobili idarə edən xanım sürücü digər eyni markalı avtomobili idarə edən xanıma yol verməyib.

Toqquşma zamanı sürücülərdən biri xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, sözügedən ərazidə gün ərzində üçüncü dəfədir yol qəzası baş verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR