Bakıda sərxoş sürücü 4 nəfərin ölümünə səbəb olub - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda sərxoş sürücü 4 nəfərin ölümünə səbəb olub - FOTO  - VİDEO  -  YENİLƏNİB
# 14 iyun 2021 03:40 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

01:26

Novxanı-Sumqayıt yolunda “Range-Rover” qəza törədib.

APA xəbər verir ki, Kəlbəliyev Elşad Məhərrəm oğlu idarə etdiyi 10-CO-002 dövlət nömrə nişanlı, “Range-Rover” markalı nəqliyyat vasitəsilə “Spring” otelin qarşısında piyadanı vuraraq öldürüb. Hadisə yerindən qaçmağa çalışan sürücü daha sonra “Damas” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “Damas”da olan 3 nəfər ölüb.

Sürücü Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, sərxoşdur.

Qeyd edək ki, E. Kəlbəliyev “Qurtuluş-93” MMC-nin rəhbəri Məhərrəm Novruzovun kürəkənidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR