Bakıda üç avtomobil toqquşub - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda üç avtomobil toqquşub - FOTO  - VİDEO  - YENİLƏNİB
# 13 iyul 2021 04:36 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

Saat 01:51

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Zivərbəy Əhmədbəyov küçəsində qeydə alınıb.

Qəza zamanı Musa Əsgərovun idarə etdiyi "Hyundai" markalı avtomobil əvvəlcə "VAZ 2109" markalı nəqliyyat vasitəsinə, daha sonra Məhəmməd Fərzəliyevin idarə etdiyi "Land Rover" markalı maşına çırpılıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR