Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub
# 18 avqust 2021 00:54 (UTC +04:00)

Bakı şəhərinin Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, binanın dördüncü mərtəbəsində ümumi sahəsi 35 kvadratmetr olan mənzildə ev əşyaları 8 kvadratmetr sahədə və pəncərə çərçivəsi yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR