Bakıda yaşlı kişini avtomobil vurub

Bakıda yaşlı kişini avtomobil vurub
# 08 dekabr 2021 04:30 (UTC +04:00)

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, qəza Zabrat qəsəbəsində qeydə alınıb.

Paytaxt sakini, 1956-ci il təvəllüdlü Əsgərov İsrail Vəli oğlu yolun digər tərəfinə keçmək istəyərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR