Bakıdan Naxçıvana uçan təyyarə texniki nasazlıq səbəbindən geri qayıdıb - VİDEO - YENİLƏNİB

Bakıdan Naxçıvana uçan təyyarə texniki nasazlıq səbəbindən geri qayıdıb - VİDEO  - YENİLƏNİB
# 04 iyul 2021 12:14 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

Saat 09:23

Saat 07:22-də Bakıdan Naxçıvana uçuş edən “Azərbaycan Hava Yolları” QSC- (AZAL) məxsus “Airbus A319” təyyarəsinin kapitanı Bakı hava limanına qayıdaraq eniş icazəsi istəyib.

AZAL-dan APA-ya verilən məlumata görə, təyyarənin plandankənar enməsinə texniki nasazlıq (kondisioner sistemində problem) səbəb olub.

Bakı vaxtı ilə saat 08:01-də təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib. Hava gəmisinin göyərtəsində 122 sərnişin olub. Onlar Naxçıvan şəhərinə digər təyyarə ilə göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR