Baş Prokurorluq azyaşlının anası tərəfindən zorakılığa məruz qalması faktını nəzarətə götürüb

Baş Prokurorluq

© APA | Baş Prokurorluq

# 17 iyul 2021 16:58 (UTC +04:00)

Paytaxtın Xəzər rayonunda beş yaşlı uşağın anası və tanışı tərəfindən zorakılıq hərəkətlərinə məruz qalması və hazırda stasionar müalicə alması faktı Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülmüşdür.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya bildirilib ki, qeyd edilən məsələ ilə bağlı Cinayət təqibindən kənar icraatlar idarəsində müvafiq səlahiyyətli qurumlarla əlaqəli şəkildə araşdırma aparılır.

Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR