Bərdə sakinindən “patı” və heroin götürülüb

Taryel Aslanov, saxlanılan şəxs

© APA | Taryel Aslanov, saxlanılan şəxs

# 31 avqust 2021 10:49 (UTC +04:00)

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında Bərdə RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə axtarışda olan rayonun Zümürxan kənd sakini, əvvəllər məhkum olunmuş Taryel Aslanov saxlanılıb. Onun evinə baxış keçirilən zaman külli miqdarda “patı” adlanan psixotrop maddə olan metamfetamin və heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR