Bərdə sakinini avtomobil vuraraq öldürüb

Bərdə sakinini avtomobil vuraraq öldürüb
# 12 iyul 2021 10:06 (UTC +04:00)

Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Rayon sakini, 1966-cı il təvəllüdlü Abışov Araz İsmixan oğlu yolu keçərkən “NİVA” markalı avtomobilin sürücüsü tərəfindən vurulub. Nəticədə A. Abışov hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR