Bərdədə dördotaqlı evdə yanğın olub

Bərdədə dördotaqlı evdə yanğın olub
# 23 iyun 2021 08:44 (UTC +04:00)

Bərdə rayonunun Mirzəxan Qaraqoyunlu kəndində ümumi sahəsi 66 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 30 m² sahədə yanıb.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR