Bərdədə piyadanı avtomobil vuraraq öldürüb

Bərdədə piyadanı avtomobil vuraraq öldürüb
# 12 iyun 2021 17:55 (UTC +04:00)

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, rayonun Mustafaağalı kəndi ərazisində kənd sakini M. İsmayılov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolun kənarında dayanan kənd sakini Qubad Bayramovu vurub. Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR