Bərdədə yanan çay evi söndürülüb - YENİLƏNİB

Bərdədə yanan çay evi söndürülüb - YENİLƏNİB
# 23 may 2021 20:10 (UTC +04:00)

Bərdədə çay evində başlayan yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin Yanğından Mühafizə Xidməti əməkdaşlarının səyi nəticəsində yanğının qarşısı alınıb.
Yanğın zamanı xəsarət alan olmayıb.

***

19:51

Bərdə rayonu, Çay sahili küçəsində yanğın baş verib.

APA-nın məlumatına görə, çay evində başlayan yanğın yaxınlıqda yerləşən obyektlərə keçib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən APA-ya bildirilib ki, hazırda yanğının qarşısının alınması istiqamətində işlər aparılır.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR