Bərdədə yol qəzası olub, iki nəfər xəsarət alıb

Bərdədə qəza

© APA | Bərdədə qəza

# 04 oktyabr 2021 19:21 (UTC +04:00)

Bərdə rayonunda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Borsunlu-Hindarx yolunun Bərdə rayon Şahvəlilər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 10 KT 731 dövlət nömrə nişanlı, “Volqa QAZ-3110” markalı minik maşını idarəetməni itirərək yol kənarına aşıb.

Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Hələ ki, onların kimliyi məlum deyil. Hər iki yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Elgün Gəncimsoy

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR