Biləsuvarda 17 yaşlı gənc bıçaqla qətlə yetirilib - YENİLƏNİB

Biləsuvarda 17 yaşlı gənc bıçaqla qətlə yetirilib - <span class="red_color">YENİLƏNİB
# 12 iyun 2021 12:38 (UTC +04:00)

İyunun 12-də saat 07 radələrində Biləsuvar rayon sakinləri Nurlan Rüstəmovun bıçaqlanaraq xəsarət alması, Sadiq Abıyevin isə bıçaqlanması nəticəsində ölməsi barədə  rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Biləsuvar rayon sakini Məhəmməd Fərəcli qeyd edilən tarixdə “Qazel” markalı avtomaşınla rayonun Ağayrı kəndində yerləşən pambıq sahəsinə işləməyə gedərkən onunla birlikdə həmin avtomaşında olan Nurlan Rüstəmov və Sadiq Abıyev ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla sonunculara xəsarət yetirib, nəticədə Sadiq Abıyev almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məhəmməd Fərəcli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

***

11:29

Biləsuvar rayonunda 17 yaşlı oğlan bıçaqla qətlə yetirilib.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, rayonun Ağayrı kəndində yaşayan 2004-ci il təvəllüdlü Sadiq Namiq oğlu Abıyev ilə Biləsuvar şəhər sakini olan Məhəmməd Fərəcli arasında yaranan mübahisə qətllə nəticələnib. S. Abıyev bıçaq zərbəsi ilə qətlə yetirilib. Hadisə nəticəsində ölənin həmkəndlisi, 2005-ci il təvəllüdlü Nurlan Rüstəmov da xəsarət alıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb.

Qətli törədən şəxs artıq saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR