Biləsuvarda yeniyetmə əmisi oğlunu çayda xilas edərkən özü batıb

Biləsuvarda yeniyetmə əmisi oğlunu çayda xilas edərkən özü batıb
# 20 iyul 2021 22:14 (UTC +04:00)

Biləsuvarda 15 yaşlı yeniyetmə çayda boğulub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, bədbəxt hadisə Biləsuvar şəhəri ərazisində, Bolqarçayda qeydə alınıb.

Şəhər sakini, 2006-cı il təvəllüdlü Fərid Seymur oğlu Məmmədov çayda çimərkən ondan yaşda kiçik olan əmisioğlunu boğulmaqdan xilas etsə də, özü boğulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR