Bu il prokurorluq tərəfindən 87 iş üzrə ittiham aktı geri qaytarılıb

Baş Prokurorluq

© APA | Baş Prokurorluq

# 17 avqust 2021 10:26 (UTC +04:00)

2021-ci ilin yanvar-iyul ayları ərzində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlar tərəfindən 87 iş üzrə ittiham aktı təsdiq edilməyərək istintaqın davam etdirilməsi üçün geri qaytarılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya verilən verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir. Bu günün rəqəmi isə 87-dir. Belə ki, 2021-ci ilin yanvar-iyul ayları ərzində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlar tərəfindən 87 iş üzrə ittiham aktı təsdiq edilməyərək istintaqın davam etdirilməsi üçün geri qaytarılıb:

"Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR