Çalışdığı şirkətin 90 min manatını mənimsəyən şəxsə cinayət işi başlanıb

Çalışdığı şirkətin 90 min manatını mənimsəyən şəxsə cinayət işi başlanıb
# 22 may 2021 11:05 (UTC +04:00)

“Delta Qrup C.O.” MMC-nin Satış departamentinin regionlar üzrə satış şöbəsinin Şirvan bölgəsinin satış təmsilçisi Mikayıl Dadaşovun və digər aidiyyəti şəxslərin qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna müraciət daxil olub.

Şirvan şəhər prokurorluğundan APA-ya verilən məlumata görə, bununla əlaqədar aparılmış araşdırma zamanı Mikayıl Dadaşovun 2020-ci il noyabrın 17-dən 2021-ci il aprelin 09-dək olan dövr ərzində 84 müştəri üzrə aparılmış mədaxil və məxaricə dair əməliyyatlarında 90 min 500 manat məbləğində çatışmazlıq aşkar edilib.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri aparılmaqla cinayət əməllərinə yol vermiş şəxslərin müəyyən edilərək istintaqa cəlb edilmələri təmin ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR