Cəlilabadda uşaq bağçasında yanğın olub

Cəlilabadda uşaq bağçasında yanğın olub
# 20 oktyabr 2021 10:09 (UTC +04:00)

Cəlilabadda uşaq bağçası yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayonunun Kazımabad kəndində ümumi sahəsi 150 m² olan uşaq bağçasının yerləşdiyi birmərtəbəli binanın yanar konstruksiyaları və dam örtüyü 28 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR