Cəlilabadda yük maşını aşıb, sürücü ölüb

Cəlilabadda yük maşını aşıb, sürücü ölüb
# 01 avqust 2021 22:20 (UTC +04:00)

Cəlilabadda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Zəhmətabad kəndində idarəetmədən çıxan "QAZ-69" markalı yük maşını aşıb. Nəticədə sürücü, Yardımlı rayon sakini, 1980-ci il təvəllüdlü Çingiz Niyaz oğlu Tağıyev hadisə yerində dünyasını dəyişib. Onun sərnişini, 1990-cı il təvəllüdlü Sadəddin Tağıyev isə müxtəlif bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR