Ermənistan tərəfindən Azərbaycana qarşı edilən ekoloji terrorla bağlı cinayət işi başlanıb

Ermənistan tərəfindən Azərbaycana qarşı edilən ekoloji terrorla bağlı cinayət işi başlanıb
# 21 iyun 2021 10:54 (UTC +04:00)

"Xəbər verildiyi kimi, Ermənistanın silahlı qüvvələri tərəfindən beynəlxalq hüququnun əsas norma və prinsipləri, eləcə də “Canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” 1979-cu il tarixli Avropa konvensiyanın tələbləri kobud şəkildə pozularaq Azərbaycan Respublikasının ətraf mühitinə qəsd edən geniş, uzun sürən və ciddi ziyan vurmaq məqsədilə işğala məruz qalmış ərazilərimizdə Azərbaycan Respublikasının təbii sərvəti hesab edilən qiymətli və çoxillik ağacları olan meşələri qəsdən məhv etməklə ölkəmizə qarşı ekoloji terrorçuluq cinayəti törədilib".

APA-nın xəbərinə görə, bu barədə Baş Prokurorluğun mətbuat xidmətininn məlumatında bildirilib. Məlumata görə, aparılan araşdırmalarla Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə silahlı qüvvələri tərəfindən növbəti dəfə barbarlıq nümayiş etdirilərək nadir flora və faunası olan Laçın rayonunda işğaldan azad olunmasından az müddət öncə qanunsuz olaraq 1.818 ədəd müxtəlifcinsli, köküstdə çoxillik ağacların kəsilməsinə və bunun nəticəsində ölkəmizə 1 milyon 511 min 330 manat məbləğində maddi ziyanın vurulmasına əsaslı şübhələr müəyyən edilib. 
Qeyd edilənlərlə bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və digər maddələri ilə cinayət işi başlanılıb, ibtidai istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən İstintaq idarəsinə tapşırılıb.
Hazırda iş üzrə istintaq hərəkətləri aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR