FHN Astarada qanunsuz yaşayış binası tikilməsinin qarşısını alıb - VİDEO

Fövqəladə Hallar Nazirliyi

© APA | Fövqəladə Hallar Nazirliyi

# 01 noyabr 2021 11:24 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.

FHN-dən APA-ya verilən məlumata görə, Agentliyin mütəxəssisləri tərəfindən Astara şəhəri, Nizami küçəsində fiziki şəxs Əlizadə Samir Sahib oğlu tərəfindən müvafiq sənədlər olmadan çoxmənzilli yaşayış binasının tikintisinin aparılması faktı aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR