FHN Bakıda şərti yanğın təlimi keçirib - FOTO - VİDEO

Bakıda şərti yanğın təlimi

© APA | Bakıda şərti yanğın təlimi

# 25 oktyabr 2021 18:13 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarət Xidmətinin təşkilatçılığı ilə Bakının Nəsimi rayonunda - Vladislav Plotnikov, Mirəli Qaşqay, Eldar Tağızadə və Ceyhun Hacıbəyli küçələrinin əhatə etdiyi "Afcom”yaşayış kompleksində şərti yanğınsöndürmə tədbiri keçirilib.

APA-nın xəbərinə görə, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, polkovnik Aqşin Kazımov jurnalistlərə açıqlamasında bildirib ki, tədbirin keçirilməsində məqsəd Bakının sıx yaşayış ünvanları və hərəkətin intensiv hissələrində mövcud vəziyyəti ictimaiyyətə geniş çatdırmaqdır: "Mütəmadi olaraq bu ərazidə fəaliyyətimizi davam etdiririk. Eyni zamanda Bakının inzibati rayonları ilə yanaşı Sumqayıt, Gəncə və ölkənin digər bölgələrində də bu növ tədbirlər keçirilir. Bəzi sahibkarlar, sakinlər avtomobilləri nizamsız halda park edirlər ki, bu da yanğın və digər fövqəladə hallar zamanı xüsusi texnikaların hadisə baş verən sahələrə girişində böyük məhdudiyyətlər yaradır, vaxt itkisinə səbəb olur".

Rəis müavini sakinlərə müraciət edərək onları birlikdə müzakirə aparmağa və avtomobillərin parkinq edilməsində öz aralarında razılığa gəlməyə çağırıb.

A. Kazımov qeyd edib ki, aparılan təhlillər onu göstərir ki, mövcud vəziyyət ürəkaçan deyil və hər an faciə ilə nəticələnə bilər. Daha sonra şərti yanğın həyəcan siqnalı verilib. Hadisə yerinə gələn yanğınsöndürmə avtomobilinin ünvana daxil olmaqda çətinlik çəkdiyi əyani şəkildə göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR