FHN: Füzulidə düşmən tərəfindən minalanmış ərazidə yanğının söndürülməsinə helikopter cəlb olunub - VİDEO

FHN: Füzulidə düşmən tərəfindən minalanmış ərazidə yanğının söndürülməsinə helikopter cəlb olunub - VİDEO
# 01 iyul 2021 11:14 (UTC +04:00)

30 iyun 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Füzuli rayonunun Qacar kəndində (Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində) düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, məlumat əsasında əraziyə dərhal FHN-in Aviasiya dəstəsinin bir ədəd helikopteri cəlb olunmaqla yanğınla mübarizə tədbirlərinə başlanılıb. Hazırda yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR