FHN: Ötən gün 38 yanğına çıxış olub, 4 nəfər xilas edilib

FHN: Ötən gün 38 yanğına çıxış olub, 4 nəfər xilas edilib
# 10 sentyabr 2021 10:44 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 38 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 4 nəfər xilas olunub, Masallı rayonunun Mahmudavar kəndində özünü su quyusuna atmış 1968-ci il təvəllüdlü Qüdrətov İnqilab Eynəli oğlunun meyiti yanğınsöndürən-xilasediciləri tərəfindən dərinliyi, təqribən, 13 metr olan quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR