FHN: Ötən gün çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib

FHN: Ötən gün çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib
# 03 iyul 2021 10:44 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 108 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən APA-ya verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində çimərlik və qeyri-çimərlik sahələrində çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib, yanğınlar zamanı 2 nəfər təxliyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR