FHN Qaradağda yaşayış binasında yanğınla bağlı əməliyyat görüntüləri yayıb - VİDEO

Qaradağda yaşayış binasında yanğın

© APA | Qaradağda yaşayış binasında yanğın

# 01 dekabr 2021 15:14 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Qaradağda yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, bu gün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Belə ki, yanğın barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə saat 11:07-də məlumat daxil olduqdan cəmi 5 dəqiqə sonra – saat 11:12-də Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə çatıblar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının onaltımərtəbəli yaşayış binasının şaxtasından keçən elektrik kabellərində baş verdiyi və bu səbəbdən bina daxilində yaranmış qatı tüstünün bina sakinləri üçün təhlükə yaratdığı müəyyən edilib.

Dərhal həyata keçirilən operativ tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək mənzillərə keçməsinin qarşısı alınıb və paralel olaraq bina sakinlərinin təxliyəsi təmin edilib.

Yanğın nəticəsində binanın ümumilikdə 7-ci mərtəbəsindən 15-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabelləri 150 p.m. yanıb. Mənzillər və şaxtadan keçən kabellərin qalan hissəsi yanğından mühafizə olunub. Ümumilikdə 80 nəfər bina sakini təxliyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR