FHN üç rayonda yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbiri keçirib

FHN üç rayonda yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbiri keçirib

© APA | FHN üç rayonda yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbiri keçirib

# 04 sentyabr 2021 13:02 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi respublikada pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində silsilə tədbirlər həyata keçirir.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, bu çərçivədə, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən “Azərpambıq ASK” MMC-nin Goranboy pambıq tədarükü məntəqəsində, "MKT İK" MMC-nin Zərdab filialında və “Kürdəmir Pambıq” ASC-də yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə sözügedən zavodların əməkdaşları iştirak edib.

"Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri" mövzusunda keçirilən tədbirlərdə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunacaq kənd təsərrüfatı maşınlarının ilkin yanğın və qığılcım södürmə vasitələri ilə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin, tədbir iştirakçıları pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında tonqal qalanmasının, açıq oddan istifadə edilməsinin, siqaret çəkilməsinin müvafiq normalara zidd olması barədə məlumatlandırılıb.

Eyni zamanda, su mənbələrinə yolların salınmasının, hovuzların yanında avtomobillərin manevr etməsi üçün meydançaların olmasının zəruriliyi də tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR