FHN xilasediciləri “Qış parkı”nda şaxtaya düşən şəxsi xilas edib - VİDEO

FHN xilasediciləri “Qış parkı”nda şaxtaya düşən şəxsi edib

© APA | FHN xilasediciləri “Qış parkı”nda şaxtaya düşən şəxsi edib

# 11 noyabr 2021 15:41 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Qış parkı”nda bir nəfərin şaxtaya yıxılması və köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, məlumat əsasında hadisə yerinə operativ olaraq Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1977-ci il təvəllüdlü Nuriyev Sahib Vasif oğlu ehtiyatsızlıqdan “Qış parkı”nın zirzəmisinin havalandırma sisteminin dərinliyi təqribən 10 metr olan şaxtasına yıxılaraq köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqlarından istifadə etməklə vətəndaşı şaxtadan çıxararaq xilas ediblər. Vətəndaş təcili tibbi yardım briqadasına təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR