FHN yanında İctimai şuranın ilk iclası keçirilib - VİDEO

FHN yanında İctimai şuranın ilk iclası keçirilib - <span class="red_color">VİDEO

© APA | FHN yanında İctimai şuranın ilk iclası

# 18 may 2021 12:40 (UTC +04:00)

Mayın 17-də  fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yanında İctimai şuranın üzvləri ilə görüşüb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazir müavini Faiq Tağı-zadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vətəndaş cəmiyyəti institutlarına xüsusi diqqət və qayğısından söz açıb, qeyri-hökumət təşkilatlarının cəmiyyətdə oynadığı rolun əhəmiyyətindən danışıb. Nazir müavini Nazirlik yanında yeni yaradılmış İctimai şuranın fövqəladə halların idarə edilməsi ilə əlaqədar müvafiq rəy və təkliflərinin nəzərə alınacağını bildirib, ictimaiyyətlə səmərəli əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə ümidvar olduğunu qeyd edərək ona fəaliyyətində uğurlar arzulayıb.   

Sonra Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın ilk iclası öz işinə başlayıb. Təşkilati məsələlər müzakirə edilib, səsvermə keçirilib. İki il fəaliyyət göstərəcək İctimai şuraya Beynəlxalq Ekoenergetika Akademiyasının vitse-prezidenti vəzifəsini icra edən Fuad Hacızadə sədr, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov sədr müavini, “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin sədr müavini Vəfa Abbasova isə katib seçilib.   

İclasda müxtəlif məsələlər müzakirə edilib, şura üzvləri tərəfindən Fövqəladə Hallar Nazirliyinin ölkə əhalisinin təbii və texnogen hadisələrdən qorunması sahəsində gördüyü işlərdən bəhs edilərək, Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq rəy və təkliflərin təqdim edilməsi, şura üzvlərinin əhalinin fövqəladə hallarla bağlı maarifləndirilməsi istiqamətində FHN-in həyata keçirdiyi tədbirlərdə yaxından iştirakı və digər təkliflər səsləndirilib.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR