Füzulidə 200 kiloqramdan çox narkotik bitki məhv edilib

Füzulidə 200 kiloqramdan çox narkotik bitki məhv edilib
# 08 iyul 2021 17:06 (UTC +04:00)

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, tədbir zamanı rayonun işğaldan azad edilmiş Qacar kəndi ərazisində çəkisi 217 kiloqram olan 1263 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR