Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var

Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
# 04 avqust 2021 18:07 (UTC +04:00)

Gədəbəydə yol-nəqliyyat hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, "VAZ 21011" və "VAZ 2106" markalı avtomobillərin toqquşması nəticəsində 1977-ci il təvəllüdlü Nazim Hüseynov və daha bir nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR