Gəncədə arvadını xüsusi amansızlıqla qətlə yetirən şəxsin məhkəməsi başlayır

Gəncədə arvadını xüsusi amansızlıqla qətlə yetirən şəxsin məhkəməsi başlayır
# 12 noyabr 2021 15:54 (UTC +04:00)

Bu il mayın 26-da Gəncə şəhər sakini Günay Amanovanın öldürülməsi faktı ilə bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Gəncə şəhər prokurorluğundan APA-ya verilən məlumata görə, istintaqla müəyyən edilib ki, zərərçəkmişin keçmiş əri Qafar Amanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Günay Amanovanı qəsdən öldürüb.
Qafar Amanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR