Gəncədə avtoqəza zamanı bir nəfər xəsarət alıb

Gəncədə avtoqəza zamanı bir nəfər xəsarət alıb
# 19 noyabr 2021 22:20 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Məhsəti qəsəbəsinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2106" markalı minik maşını "VAZ-2107" markalı avtomobillə toqquşub. Qəza zamanı 1964-cü il təvəllüdlü Nəsirov Fəxrəddin xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR