Gəncədə evdən 18 min manatlıq oğurluq edilib

Gəncədə evdən 18 min manatlıq oğurluq edilib
# 21 may 2021 12:53 (UTC +04:00)

Gəncədə mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 12-də Gəncə şəhəri ərazisindəki evlərin birindən 200 manat pul, 13500 manat dəyərində qızıl-zinət əşyaları, 4350 manat dəyərində 5 ədəd qol saatı və gümüş əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Cəfərov saxlanılıb. Bundan başqa daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR