Gəncədə karantin qaydalarını pozan 125 nəfər məsuliyyətə cəlb olunub - FOTO

Gəncədə karantin rejimi ilə bağlı nəzarət-profilaktik tədbirlər

© APA | Gəncədə karantin rejimi ilə bağlı nəzarət-profilaktik tədbirlər

# 25 avqust 2021 10:07 (UTC +04:00)

Gəncədə sanitar-karantin qaydalarını pozan 125 şəxs məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, koronavirus (“COVID-19”) infeksiyasının geniş yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejimi qaydaları çərçivəsində Gəncə şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşları şəhər ərazisində nəzarət –profilaktik tədbirləri davam etdirir. Polis əməkdaşları inzibati ərazilərindəki market və digər ticarət obyektlərində eləcədə əhalinin sıx olduğu digər yerlərdə nəzarət-profilaktiki təbirlər keçirib. Tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni tibbi maskalardan istifadə etməyən və əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub. Şəhər sakinlərinin diqqətinə çatdırılıb ki, hər bir şəxs sosial məsuliyyət çərçivəsində tətbiq edilən qaydalara qeyd-şərtsiz əməl etməli, mövcud qaydaları anlayışla qarşılamalıdır, özünün və digər şəxslərin həyat və sağlamlıqlarına etinasız yanaşmamalıdır. Araşdırmalar zamanı sanitar-karantin qaydalarını pozan 95 barəsində nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək məsuliyyətə cəlb ediliblər.

İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə uyğun olaraq, ictimai nəqliyyatda- taksi, avtobuslarda tibbi maskalardan istifadə, sosial məsafənin qorunması qaydalarına ŞBPİ Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları ciddi nəzarət edir və bu istiqamətdə monitorinqlər tədbirləri diqqət mərkəzində saxlanlır. Keçirilən monitorinq zamanı sürücü və sərnişinlərə sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilib, sərnişinlərə tibbi maska paylanılıb, bu qaydalara əməl etməyən 30 nəfər barəsində intizam tənbeh tədbirləri tətbiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR